​Rusiyada qumbara partlayışı nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

​Rusiyada qumbara partlayışı nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb Hadisəyə bir neçə nəfər arasında yaranmış səbəb olub
Digər ölkələr
2 May , 2016 05:29
​Rusiyada qumbara partlayışı nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Bakı. 2 May. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətində qumpara partladılıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə vilayətin Voloxov rayonunun Paşa qəsəbəsində baş verib.

Məlumata görə, dayanacaqda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 

Hadisəyə səbəb kimi bir neçə nəfər arasında yaranmış dava göstərilir. Xəbərdə bildirilir ki, dava edən şəxslərdən biri evinə gedib və bir azdan geri qayıdaraq özü ilə gətirdiyi qumbaranı dayanacaqda partladıb.

 Yaralılar xəstəxanaya yerləşdilirib.


Son xəbərlər

Orphus sistemi