Rusiyada kosmodromun rəhbəri həbs edilib

Rusiyada kosmodromun rəhbəri həbs edilib Bu kosmodromdan ilk kosmonavtlı start isə 2018-ci ildə verilməlidir
Digər ölkələr
7 Aprel , 2015 05:05
Rusiyada kosmodromun rəhbəri həbs edilib

Bakı. 7 aprel. REPORT.AZ/ Rusiyanın hakimiyyət orqanları Uzaq Şərqdəki kosmodromda start meydançası tikən 26 işçinin maaşlarının iki ay müddətində verilməməsinə görə “Vostoçnı” bazasının direktoru Sergei Terenyevi həbs edib. "Report"un Azadlıq radiosuna istinadən xəbər verir ki, maaş ala bilməyən fəhlələr aclıq aksiyası keçiriblər, 100 fəhlə isə tətil elan edib. Hazırda layihəyə birbaşa baş nazirin müavini Dmitriy Rogozin nəzarət edir.

D.Rogozin fəhlələrə bütün tələblərin yerinə yetiriləcəyini söz verdikdən sonra tətil dayandırılıb.

Amur rayonunda inşa edilməkdə olan kosmodromun tikintisi qrafikdən 4 ay geridə qalır. Rusiya hökuməti bu kosmodromdan ilk raketi 2015-ci ilin dekabrında buraxmağı planlaşdırırdı. Bu kosmodromdan ilk kosmonavtlı start isə 2018-ci ildə verilməlidir.

Rusiya İstintaq Komitəsi Terentyevi maliyyə mənimsəmələrində şübhəli qismində saxlayıb. “Dalspetsstroy” layihəsini həyata keçirən agentliyin menecmenti də şübhəlilərin arasındadır. Komitə 282 milyon dolların hara yoxa çıxdığını araşdırır.

Son xəbərlər

Orphus sistemi