Rusiyada hidroplanla helikopter toqquşub: azı iki ölü

Rusiyada hidroplanla helikopter toqquşub: azı iki ölü Ölü sayısının 9-a çatacağı istisna deyil
Digər ölkələr
9 Avqust , 2015 04:49
Rusiyada hidroplanla helikopter toqquşub: azı iki ölü

Bakı. 9 avqust. REPORT.AZ/ Moskva vilayətində yerləşən İstrinski su anbarı üzərində ötən axşam hidroplan ilə “Robinson 44” tipli helikopter toqquşub.

"Report"un Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı iki nəfərin öldüyü təsdiqlənib. Ancaq bu rəqəmin 8-9 nəfərə çatacağı istisna deyil.

Dalğıc-xilasediciləri hazırda meyitlərin axtarışı aparır. Nəqliyyat vasitələrinin qalıqları 13 metrə dərinlikdə biri-birilərindən beş metrə aralıda  dağılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Şahidlərin sözlərinə görə, insidentə hidroplan pilotunun təhlükəli manyovları səbəb olub. 

Son xəbərlər

Orphus sistemi