Rusiyada faciə: 5 nəfər yanaraq öldü

Rusiyada faciə: 5 nəfər yanaraq öldü Ölənlərdən dördünün uşaq olduğu bildirilir
Digər ölkələr
3 Yanvar , 2016 08:06
Rusiyada faciə: 5 nəfər yanaraq öldü

Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiyanın Yaroslavl vilayətinin Pesoçnoye qəsəbəsində iki mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın ötən axşam qeydə alınıb.

Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası cəlb olunub. Ölənlərdən dördünün uşaq olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi