Rusiyada əsgər hərbçiləri güllələyib, dörd ölü, iki yaralı

Rusiyada əsgər hərbçiləri güllələyib, dörd ölü, iki yaralı Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal olunur
Digər ölkələr
26 Avqust , 2015 23:43
Rusiyada əsgər hərbçiləri güllələyib, dörd ölü, iki yaralı

Bakı. 26 avqust. REPORT.AZ/ Rusiyanın Kostroma vilayətində 18 yaşlı əsgər bir zabit və iki əsgəri öldürüb.

"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə hərbi düşərgənin qarovul məntəqəsində baş verib. Atəş açan əsgər daha sonra özünə qəsd edib.

İnsident zamanı iki əsgər yaralanıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal olunur.

Hadisə ilə bağlı yaradılan xüsusi komissiyası Moskvadan hərbi hissəyə göndərilib. 

Son xəbərlər

Orphus sistemi