​Rusiyada 5 sərnişinin olduğu hava şarı qəzaya uğrayıb

​Rusiyada 5 sərnişinin olduğu hava şarı qəzaya uğrayıb Hazırda hadisənin səbəbləri araşdırılır
Digər ölkələr
15 Mart , 2015 00:00
​Rusiyada 5 sərnişinin olduğu hava şarı qəzaya uğrayıb

Bakı. 14 mart. REPORT.AZ/ Moskva ətrafında içərisində 5 nəfər sərnişin olan hava şarı mobil rabitə operatorunun qülləsi ilə toqquşub.

“Report” xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, hadisə Dmitrova şəhəri yaxınlığında baş verib.

Toqquşma nəticəsində ən azı 3 nəfər ciddi xəsarət alıb və hazırda xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi