​Rusiya yeni RƏM sistemini sınaqdan keçirir

​Rusiya yeni RƏM sistemini sınaqdan keçirir Bəzi parametrlərə görə, sistemin dünyada analoqu yoxdur
Digər ölkələr
24 Yanvar , 2015 23:51
​Rusiya yeni RƏM sistemini sınaqdan keçirir

Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiyada yeni raket əleyhinə müdafiə sisteminin (RƏM) elementləri sınaqdan keçirilir.

"Report" xəbər verir ki, bu barədə "Almaz-Antey" raket əleyhinə müdafiə konserninin rəhbəri Yan Novikov məlumat verib.

"Hazırda yeni raket əleyhinə müdafiə sistemi elementlərinin poliqon sınağı həyata keçirilir", – deyə Novikov bildirib.

Onun sözlərinə görə, 1990-cı ildə yaradılan RƏM sisteminin bir sıra parametrlərə görə dünyada analoqu yoxdur.

Son xəbərlər

Orphus sistemi