​Rusiya Yəməndəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırır

​Rusiya Yəməndəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırır İclas bu günə təyin olunub
Digər ölkələr
4 Aprel , 2015 02:50
​Rusiya Yəməndəki vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırır

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Yəməndə hərbi əməliyyatlar şəraitində yaranan humanitar vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırdığını bəyan edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəliyinin mətbuat katibi Aleksey Zayçev məlumat verib.

"Rusiya koalisiyanın Yəməndə həyata keçirdiyi havadan zərbələrdə "humanitar fasilə"yə müntəzəm və mütləq riayət olunmasının müəyyən edilməsinə dair məsələnin müzakirəsindən ötrü BMT Təhlükəsizlik Şurasının məsləhətləşmələrini çağırır", - deyə o qeyd edib.

Qeyd olunur ki, iclas aprelin 4-nə təyin olunub.

Son xəbərlər

Orphus sistemi