​Rusiya yaxtası Şimali Koreya tərəfindən saxlanılıb

​Rusiya yaxtası Şimali Koreya tərəfindən saxlanılıb Gəminin neytral sularda saxlandığı bildirilir
Digər ölkələr
14 May , 2016 05:57
​Rusiya yaxtası Şimali Koreya tərəfindən saxlanılıb

Bakı. 14 may. REPORT.AZ/ Rusiyanın "Vladivostok" xilasetmə və koordinasiya mərkəzinin nümayəndəsi Primorski idmançılarının olduğu "Elfin" yaxtsının Koreya Xalq Demokratik Respublikasının Sahil Mühafizəsi heyəti tərəfindən saxlanıldığını bildirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yaxta sahildən 85 mil aralıda olub.

"Yaxtanı Sahil Mühafizəsi saxlayıb. Heyət üzvləri qaydasındadır", — deyə əməkdaş qeyd edib.

Primorski Yelkənli İdman Federasiyasının vitse-prezidenti Yevgeni Xromçenko öz "Facebook" səhifəsində məlumat verib ki, primorskili idmançıların olduğu yaxtanı Şimali Koreya bayrağı altında üzən gəmi saxlayıb və KXDR tərəfə aparıb.

Yaxtanın sahildən 85 mil məsafədə üzdüyü və ilkin olaraq neytral sularda olduğu, həmçinin hər hansı bir qaydanın pozulmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi