​Rusiya XİN başçısı: "Problemin həllində İran, Misir, Qətər, BƏƏ və İordaniyanın iştirakı vacibdir"

​Rusiya XİN başçısı: "Problemin həllində İran, Misir, Qətər, BƏƏ və İordaniyanın iştirakı vacibdir" Qətərin xarici işlər naziri: "Suriyanı bölünməkdən qorumaq üçün Səudiyyə Ərəbistanı və türk qardaşlarımızla əlimizdən gələni edəcəyik"
Digər ölkələr
22 Oktyabr , 2015 17:43
​Rusiya XİN başçısı: Problemin həllində İran, Misir, Qətər, BƏƏ və İordaniyanın iştirakı vacibdir

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Suriya probleminin həllində İran, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyanın iştirakı vacibdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, oktyabrın 23-də Vyanada müzakirə olunacaq Suriya məsələsinə Rusiyanın da hazır olduğunu deyib.

Məlumata görə, sabah Avstriyanın paytaxtında ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və Rusiyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Qətərin xarici işlər naziri Halid əl-Atiyyə Suriya böhranının həli ilə bağlı məsələyə münasibətində bunları deyib: "Danışıqlar çağırışına üstünlük veririk. Suriyanı bölünməkdən qorumaq üçün Səudiyyə Ərəbistanı və türk qardaşlarımızla əlimizdən gələni edəcəyik. Suriyalıları Bəşşar Əsəd rejimindən qorumaq üçün hərbi müdaxilə də etməyə hazırıq". 

Son xəbərlər

Orphus sistemi