Rusiya XİN başçısı dünya siyasətinin əsas çağırışlarını sadalayıb

Rusiya XİN başçısı dünya siyasətinin əsas çağırışlarını sadalayıb Sergey Lavrov: "Beynəlxalq sistem həyatda real olaraq baş verənlərə uyğunlaşmalıdır"
Digər ölkələr
26 Yanvar , 2016 12:42
Rusiya XİN başçısı dünya siyasətinin əsas çağırışlarını sadalayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Dünya siyasəti üçün əsas çağırışlar ədalətli, demokratik, beynəlxalq sistemin yaradılması məsələləridir.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

"Beynəlxalq sistem həyatda real olaraq baş verənlərə uyğunlaşmalıdır. Bu, həm beynəlxalq maliyyə sistemi və iqtisadiyyatla məşğul olan institutlara, həm də dünya siyasəti ilə məşğul olanlara aiddir. Mən BMT və Təhlükəsizlik Şurasını nəzərdə tuturam", - deyə Rusiya XİN başçısı 2015-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya xarici işlər naziri qeyd edib ki, bu və ya digər təşkilatın strukturunda təkcə obyektiv prosesləri əks etdirmək yox, həm də yeni mühitə uyğun iş görmək lazımdır.

"Bu isə əsas ölkələr tərəfindən dəstəklənəcək qərarların işlənib hazırlanmasıdır" - deyən S.Lavrov buna misal kimi İran nüvə proqramının nizamlanmasını, Suriyanın kimyəvi tərkisilahını və Suriyaya dəstək beynəlxalq qrupunun yaradılmasını göstərib.

Son xəbərlər

Orphus sistemi