Rusiya vətəndaşları bu gündən Ukraynaya yalnız xarici pasportla daxil ola biləcək

Rusiya vətəndaşları bu gündən Ukraynaya yalnız xarici pasportla daxil ola biləcək Diplomatik və xidməti pasporta malik Rusiya vətəndaşları əvvəlki qaydada Ukrayna sərhədini keçə biləcək
Digər ölkələr
1 Mart , 2015 08:53
Rusiya vətəndaşları bu gündən Ukraynaya yalnız xarici pasportla daxil ola biləcək

Bakı. 1 Mart. REPORT.AZ/ Rusiya vətəndaşlarının Ukraynaya daxili pasportla girişini qadağan edən qərar bu gündən etibarən qüvvəyə minib.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Arseni Yatsenyuk hələ fevralın 3-də bildirmişdi ki, bundan sonra Rusiya vətəndaşları Ukrayna ərazisinə yalnız xarici pasportla daxil ola bilər: “Biz daxili pasport və doğum haqqında şəhadətnamənin dövlət sərhədini keçmək üçün yetərli sayıldığı müddəanı ləğv etdik”.

Diplomatik və xidməti pasporta malik olan Rusiya vətəndaşları isə əvvəlki qaydada Ukrayna sərhədini keçə biləcəklər.

Son xəbərlər

Orphus sistemi