​Rusiya vətəndaşı Pakistanda edam olundu

​Rusiya vətəndaşı Pakistanda edam olundu Atası pakistanlı, anası rus olan Akhlak-ın 34 yaşı var idi
Digər ölkələr
22 Dekabr , 2014 05:33
​Rusiya vətəndaşı Pakistanda edam olundu

Bakı. 22 dekabr.REPORT.AZ/ Rusiya vətəndaşı Akhlas Akhlak Pakistanda keçmiş prezident Parviz Musharraf-ə sui-qəsd cəhdinə görə dekabrın 21-də edam olunub. Bu məlumatı Rusiyanın Pakistandakı səfirliyi verib.

"Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, sui-qəsd cəhdi 2003-cü ildə olub. Ölüm hökmü 2005-ci ildə çıxarılıb. Akhlakdan başqa daha 3 pakistanlı da bu cinayət işi ilə bağlı məhkum olunub.

Atası pakistanlı, anası rus olan Akhlakın 34 yaşı var idi. O, Rusiyada anadan olub. Pakistana 2001-ci ildə gəlib.

Pakistanda 2008-ci ildən ölüm cəzalarının icrasına moratorium var idi. Ancaq Pakistanda məktəbə terror hücumunda 148 uşağın ölümündən sonra ölüm cəzasının icrasına moratorium götürüldü.

Son xəbərlər

Orphus sistemi