​Rusiya və ABŞ prezidentləri Türkiyədə G-20-nin sammitində əl sıxıblar

​Rusiya və ABŞ prezidentləri Türkiyədə G-20-nin sammitində əl sıxıblar Putin və Obama "iyirmiliy"in rəsmi şəkilçəkdirmə mərasimində əvvəl söhbətləşiblər
Digər ölkələr
15 Noyabr , 2015 16:28
​Rusiya və ABŞ prezidentləri Türkiyədə G-20-nin sammitində əl sıxıblar

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Türkiyədə keçirilən G-20 sammitində əl sıxıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkə liderləri "iyirmiliy"in rəsmi şəkilçəkdirmə mərasimindən əvvəl bir neçə kəlmə kəsiblər.

Bundan sonra G-20-nin iştirakçı ölkələri işgüzar səhər yeməyinə yollanıblar.

Bu gün Türkiyənin Antalya əyalətinin Bələk kurort qəsəbəsində "Böyük İyirmilik" ölkələri liderlərinin sammiti öz işinə başlayıb. İki gün davam edəcək sammitdə 19 üzv dövlət və Avropa İttifaqı nümayəndələrindən başqa Azərbaycan, Zimbabve, Malaziya, Seneqal, Sinqapur prezidentləri, həmçinin BMT, Dünya Bankı, ÜTT, BVF, BƏT, İƏİT daxil olmaqla əsas beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

"Böyük İyirmilik" (G20) - qlobal iqtisadi və maliyyə əməkdaşlığı məsələlərinin müzakirə olunduğu aparıcı forumdur. Forumda payına dünya ÜDM-nin təxminən 85%-i düşən, dünyanın ən iri inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarını özündə birləşdirir. Bu il forumda sədrlik vəzifəsi Türkiyəyə keçib.

Son xəbərlər

Orphus sistemi