Rusiya Ukraynadakı səfir vəzifəsinə yeni namizədini təqdim edib

Rusiya Ukraynadakı səfir vəzifəsinə yeni namizədini təqdim edib Kreml bu vəzifədə ölkə prezidentinin keçmiş səlahiyyətli nümayəndəsini görmək istəyir
Digər ölkələr
29 İyul , 2016 16:34
Rusiya Ukraynadakı səfir vəzifəsinə yeni namizədini təqdim edib

Bakı. 29 iyul. REPORT.AZ/ Rusiya Ukraynadan Mixail Babiçin bu ölkədəki səfiri təyin edilməsi ilə bağlı aqreman istəyib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd olunur ki, bundan əvvəl Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi Rusiyanın Ukraynadakı səfiri vəzifəsinə təyinat məsələsində Rusiya prezidentinin Volqa Federal Dairəsində səlahiyyətli nümayəndəsi olan Mixail Babiçin namizədliyini dəstəkləmişdi.

Xatırladaq ki, iyul ayının 28-də Rusiya prezidenti Vladimir Putin Mixail Zurabovu Rusiyanın Ukraynadakı səfiri vəzifəsindən azad edib.

Son xəbərlər

Orphus sistemi