​Rusiya Suriyanın hava məkanındakı uçuşların təhlükəsizliyi ilə bağlı ABŞ-la müzakirələr aparmağa razılıq verib

​Rusiya Suriyanın hava məkanındakı uçuşların təhlükəsizliyi ilə bağlı ABŞ-la müzakirələr aparmağa razılıq verib Piter Kuk:"Pentaqonda Rusiyanın cavabı öyrənilir, danışıqların həftə sonundan gec olmayaraq keçiriləcəyi güman edilir"
Digər ölkələr
10 Oktyabr , 2015 11:27
​Rusiya Suriyanın hava məkanındakı uçuşların təhlükəsizliyi ilə bağlı ABŞ-la müzakirələr aparmağa razılıq verib

Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ Müdafiə Nazirliyi Suriya hava məkanının təhlükəsizliyi ilə bağlı Pentaqonun Rusiya Müdafiə Nazirliyinə təqdim etdiyi təkliflərə rəsmi cavab alıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi idarəsinin rəsmi nümayəndəsi Piter Kuk bildirib.

Moskva Vaşinqtonla hava əməliyyatlarının təhlükəsizliyini müzakirə etmək barədə razılığa gəlib. "Pentaqonda Rusiyanın cavabı öyrənilir, danışıqların həftə sonundan gec olmayaraq keçiriləcəyi güman edilir", - Kuk qeyd edib.

Pentaqon Moskvanı oktyabrın 6-da Suriya hava məkanında birgə əməkdaşlıq qaydalarının razılaşdırılması ilə bağlı göndərdiyi sorğuya təcili cavab verməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi