Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiyanın döyüş təyyarələrinin Suriyanın Anjar yaşayış məntəqəsini bombalaması nəticəsində 17 dinc sakin həlak olub.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiya qırıcıları həmin yaşayış məntəqəsinin məktəb binasını bombalayıb. Nəticədə 8-i şagird olmaqla 17 nəfər həyatını itirib.