​Rusiya Suriyada məktəb və xəstəxananı bombalayıb: 15 sakin ölüb, çoxlu yaralı var

​Rusiya Suriyada məktəb və xəstəxananı bombalayıb: 15 sakin ölüb, çoxlu yaralı var Rusiya Əziz rayonuna iki ballistik raket də atıb
Digər ölkələr
15 Fevral , 2016 15:21
​Rusiya Suriyada məktəb və xəstəxananı bombalayıb: 15 sakin ölüb, çoxlu yaralı var

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiya döyüş təyyarələrinin Suriyanın Hələb əyalətinin Əziz rayonunu bombalaması nəticəsində 15 dinc sakin həyatını itirib, 50-dən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiya təyyarələri məktəb və xəstəxananı bombalayıb.

Xəbərdə bildirilib ki, Rusiya Əzizə iki ballistik raket də atıb.

Yaralılar Suriya ilə sərhəddə yerləşən Türkiyə şəhərlərinin xəstəxanalarına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi