Rusiya Suriyada döyüş uçuşlarının sayını artırıb

Rusiya Suriyada döyüş uçuşlarının sayını artırıb Terrorçuların hücumları ilə əlaqədar yeni hədəflər ortaya çıxıb
Digər ölkələr
22 Sentyabr , 2016 07:14
Rusiya Suriyada döyüş uçuşlarının sayını artırıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Rusiyanın Hərbi-Kosmik Qüvvələri (HKQ) ötən gün Suriyada fəallıqlarını artırıblar.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı "İzvestiya" nəşri yazıb.

"Terrorçuların ötən gün başlayan hücumlarını dəf edən Suriya qoşunlarına dəstək göstərilməsi zərurəti ilə əlaqədar HKQ tərəfindən həyata keçirilən döyüş uçuşlarının sayı sutkada 50-yə çatdırılıb", - deyə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.

Federasiya Şurasının Müdafiə komitəsinin sədr müavini Frants Klintseviç "İzvestiya"ya bildirib ki, terrorçuların hücuma keçməsi ilə əlaqədar olaraq Rusiya HKQ-nin təyyarələri üçün yeni hədəflər ortaya çıxıb.

"Suriyada atəşkəs rejimi pozuldu, yaraqlılar hücuma keçdilər və bu şəraitdə Suriya kəşfiyyatından daha çox məlumatlar daxil olmağa başladı, müvafiq olaraq HKQ üçün çoxlu sayda yeni hədəflər yarandı və o da quru qoşunlarına dəstək göstərmək üçün uçuşların sayını artırmaq məcburiyyətində qaldı", - deyə Klintseviç əlavə edib.

Son xəbərlər

Orphus sistemi