​Rusiya qırıcılarının Hələbi bombalaması nəticəsində 15 dinc sakin ölüb

​Rusiya qırıcılarının Hələbi bombalaması nəticəsində 15 dinc sakin ölüb Dağıntı altından çıxarılan dinc sakinlər isə səyyar xəstəxanaya yerləşdirilib
Digər ölkələr
4 Noyabr , 2015 12:20
​Rusiya qırıcılarının Hələbi bombalaması nəticəsində 15 dinc sakin ölüb

Bakı. 4 noyabr. REPORT.AZ/ Rusiyaya aid döyüş təyyarələrinin Suriyanın Hələb bölgəsini bombalaması nəticəsində 15 dinc sakin ölüb, onlarla insan yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Hələb sakinləri bildirib.

Məlumata görə, hadisə Hələbin Bustan əl-Kasr və Ensari məhəllələrində baş verib. Həmin ərazi Bəşşar Əsəd rejiminə müxalifətdə olan mötədil xətçilərin nəzarəti altındadır.

Xəbərdə bildirilib ki, Rusiya qırıcılarının bombardmanı nəticəsində çoxlu sayda yaşayış binaları dağılıb. Dağıntı altından çıxarılan dinc sakinlər isə səyyar xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi