​Rusiya qırıcıları türkmənilərin qaçqın düşərgəsini bombalayıb, çoxlu sayda ölən və yaralanan var

​Rusiya qırıcıları türkmənilərin qaçqın düşərgəsini bombalayıb, çoxlu sayda ölən və yaralanan var Bu düşrəgə Türkiyə sərhədinin 3-4 kilometrliyində yerləşir
Digər ölkələr
30 Yanvar , 2016 17:51
​Rusiya qırıcıları türkmənilərin qaçqın düşərgəsini bombalayıb, çoxlu sayda ölən və yaralanan var

Bakı. 30 yanvar. REPORT.AZ/ Rusiyanın döyüş təyyarələri Suriya vətəndaşı olan türkmənlərin Türkiyə sərhədi yaxınlığındakı qaçqın düşərgəsini bombalayıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, rus qırıcılarının hava zərbələri nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

Məlumata görə, Rusiya təyyarələrinin bombaladığı qaçqın düşərgəsi Türkiyə sərhədinin 3-4 kilometrliyində yerləşir.

Son xəbərlər

Orphus sistemi