​Rusiya prezidenti Yanukoviçi necə xilas etmələrindən danışıb

​Rusiya prezidenti Yanukoviçi necə xilas etmələrindən danışıb "Mənə xəritəni göstərəndə, aydın oldu ki, o tezliklə pusquya düşəcək"
Digər ölkələr
15 Mart , 2015 17:56
​Rusiya prezidenti Yanukoviçi necə xilas etmələrindən danışıb

Bakı. 15 mart. REPORT.AZ/ Vladimir Putin "Rossiya 1" telekanalı ilə yayımlanan "Krım. Vətənə gedən yol" sənədli filmində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin xilas edilməsi üzrə əməliyyatın təfərrüatlarını danışıb.

"Report" xəbər verir ki, Putinin sözlərinə görə, Rusiyanın müşahidə xidmətləri Krıma üz tutan Yanukoviçin olduğu yeri qeydə alıb.

"Lakin mənə xəritəni göstərəndə, aydın oldu ki, o tezliklə pusquya düşəcək, O zaman, Yanukoviçin kortejini sahil tərəfə yönləndirmək qərara alındı. Biz onlara hara çıxmaları barədə göstəriş verdik və göyərtəsində xüsusi təyinatlıların olduğu vertolyot qrupu göndərdik", — deyə Putin qeyd edib.

Son xəbərlər

Orphus sistemi