​Rusiya Palmiranı bombalayıb, 146 obyekt məhv edilib

​Rusiya Palmiranı bombalayıb, 146 obyekt məhv edilib Qırıcılar şəhərə ümumilikdə 41 həmlə edib
Digər ölkələr
25 Mart , 2016 22:56
​Rusiya Palmiranı bombalayıb, 146 obyekt məhv edilib

Bakı. 25 mart. REPORT.AZ/ Rusiya Hərbi-Kosmik Qüvvələri martın 22-dən 24-dək Palmira rayonu ərazisində (Homs əyaləti) Suriya qoşununun hücumuna dəstək vermək və İŞİD terrorçularına zərbə endirmək üçün 41 uçuş həyata keçiriblər.

"Report" xəbər verir ki, bu barədə KİV nümayəndələrinə Rusiyanın Suriya Ərəb Respublikası ərazisində düşmənçilik edən tərəflər arasında barışıq Mərkəzinin rəisi, general-leytenant Sergey Kuralenko bildirib.

"Bu hücumlar nəticəsində Rusiya aviasiyası tərəfindən terrorçuların 146 obyekt, eləcə də, idarəetmə məntəqələri, döyüş sursatı anbarları, artilleriya qurğuları, tanklar və avtomobil texnikası məhv edilib", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi