Rusiya Krımda nüvə silahı yerləşdirəcək - Bzejinski

Rusiya Krımda nüvə silahı yerləşdirəcək - Bzejinski Politoloq deyir ki, son onilliklərdə belə şey baş verməmişdi və bu, çox təhlükəlidir
Digər ölkələr
21 Mart , 2015 18:23
Rusiya Krımda nüvə silahı yerləşdirəcək - Bzejinski

Bakı. 21 mart. REPORT.AZ/ «Ruslara heç nə mane olmur ki, nüvə silahını Krımda yerləşdirsinlər». "Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, ABŞ-ın tanınmış politoloqu, bir neçə prezidentə müşavirlik etmiş Zbiqnev Bzejinski Brüsseldə Marşal İnstitutundakı çıxışında belə deyib.

Onun fikrincə, bunun qarşısını almaqdan ötrü qanuni qadağa da yoxdur. «Buna görə də, düşünürəm ki, onlar yəqin bunu edəcəklər» - deyib politoloq.

Ancaq Brzezinskini narahat edən, son həftələrdə Rusiya prezidenti Vladimir Putinin şüurlu şəkildə Qərbə birbaşa və ya dolayı yolla nüvə təhlükəsi nümayiş etdirməsidir.

Politoloq deyir ki, son onilliklərdə belə şey baş verməmişdi və bu, çox təhlükəlidir.

Bzejinski deyib ki, Minsk razılaşmasına hörmətlə yanaşılsa, bu, situasiyanın nizama salınmasında başlanğıc nöqtəsi ola bilər. «Ancaq bu halda da bütün problemlər, eləcə də Krım problemi birdəfəlik həll edilməyəcək» - Z. Bzejinski bildirib. 

Son xəbərlər

Orphus sistemi