​Rusiya Krıma 80 min əsgər və müasir raket kompleksləri yerləşdirib

​Rusiya Krıma 80 min əsgər və müasir raket kompleksləri yerləşdirib Raketlər nüvə başlığı daşımaq iqtidarındadır
Digər ölkələr
24 Aprel , 2016 15:54
​Rusiya Krıma 80 min əsgər və müasir raket kompleksləri yerləşdirib

Bakı. 24 aprel. REPORT.AZ/ Rusiya Ukraynaya məxsus Krım yarımadasını tədricən böyük hərbi bazaya çevirməkdədir.

"Report" "Seqodnya.ua" nəşrinə istinadən xəbər verir ki, bunu "Pyotr Poroşenko Bloku"ndan olan xalq deputatı, Ukrayna prezidentinin Krım-tatar xalqının işləri üzrə müvəkkili Mustafa Cemilev bildirib.

Onun sözlərinə görə, hazırda yarımadada yeni silahlarla təmin olunmuş 80 min əsgər var. Bundan əlavə, deputat bildirib ki, Krıma nüvə silahı daşımaq iqtidarında olan müasir "Topol" və "İskəndər" raket kompleksləri yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi