Baş nazirin müavini: "Rusiya ilə Türkiyə arasındakı gərginliyin həll edilməsi üçün hərbi və diplomatik kanalların açıq olması şərtdir"

Baş nazirin müavini: "Rusiya ilə Türkiyə arasındakı gərginliyin həll edilməsi üçün hərbi və diplomatik kanalların açıq olması şərtdir" "Baş verən hadisə bilərəkdən və qəsdən edilməyib"
Digər ölkələr
28 Noyabr , 2015 10:09
Baş nazirin müavini: Rusiya ilə Türkiyə arasındakı gərginliyin həll edilməsi üçün hərbi və diplomatik kanalların açıq olması şərtdir

Bakı. 28 noyabr. REPORT.AZ/ "Rusiya ilə Türkiyə arasındakı gərginliyin həll edilməsi üçün hərbi və diplomatik kanalların açıq tutulmasını istəyirik. Səmimi olaraq deyə bilərəm ki, nə Türkiyə, nə də Rusiya məsələ ilə əlaqədar münasibətləri korlayacaq və ya nələrisə gözdən çıxaracaq deyil". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, Türkiyənin istəyi qısa müddət ərzində qarşılıqlı müzakirə aparmaqla mövcud gərginliyin artmamasını təmin etməkdir: "Çünki hər iki dövlət həm dost, həm müttəfiq, həm də strateji tərəfdaş kimi böhranın nəticələrini aradan qaldıracaq addımlar ata bilər. Buna nail olmaq üçün hərbi və diplomatik kanallar açıq olmalıdır".

N.Kurtulmuş onu da əlavə edib ki, baş verən hadisə bilərəkdən və qəsdən edilməyib: "Bir daha vurğulamaq istəyirik ki, hadisəyə görə təəssüflənirik. Lakin Türkiyə hökuməti öz sərhədlərini hər zaman qoruyacaq. Ölkəmiz öz suverenliyini qorumaq gücünə də malikdir. Sərhədlərin pozulması kaş olmayaydı. Bütün olanlara diqqət etsək, ortada böhranın olduğu açıq-aşkar görünür".

Son xəbərlər

Orphus sistemi