Moskva Rusiya gəmisinin saxlanmasına görə Şimali Koreyaya nota verib

Moskva Rusiya gəmisinin saxlanmasına görə Şimali Koreyaya nota verib “Elfin” yaxtası KXDR tərəfindən Yapon dənizində saxlanılıb
Digər ölkələr
14 May , 2016 20:42
Moskva Rusiya gəmisinin saxlanmasına görə Şimali Koreyaya nota verib

Bakı. 14 May. REPORT.AZ/ Rusiya göyərtəsində idmançıların olduğu “Elfin” yaxtasının Şimali Koreyanın Sahil Mühafizəsi tərəfindən saxlanılmasına görə, bu ölkəyə nota verib.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Rusiyanın Pxenyandakı səfirliyinin hərbi attaşesi Denis Samsonov məlumat verib.

"Rusiya Federasiyası səfirliyi Şimali Koreya tərəfinə heyət üzvlərinin dərhal azad edilməsi tələbi ilə nota verib", — deyə diplomat bildirib.

Məlumata görə, hazırda yaxta Şimali Koreya limanına gətirilib. Gəmidə kapitan və 4 heyət üzvü olub. Onların hamısı salamatdır.

O bildirib ki, Rusiyanın Çondindəki baş konsulu Yuri Boçkaryev yerli hakimiyyət icazə verəcəyi təqdirdə hər an limana getməyə hazırdır.

Yaxta üzvləri Pusan şəhərində idman yarışında iştirak ediblər. Onlar Yapon dənizində saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi