Bakı. 19 mart. REPORT.AZ/ Rusiya nümayəndələri BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin Krım məsələsi ilə bağlı qeyri-rəsmi görüşündə iştirakdan imtina edib.
"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Moskva bu tədbiri "səmərəsiz" və "təxribat mahiyyətli" adlandırıb.
Rusyalı diplomatlar bildiriblər ki, bu gün keçirilməsi planlaşdırılan görüşə Rusiya nümayəndələri ilə yanaşı daha bir neçə dövlətin nümayəndələri qatılmayacaq.