Bakı. 9 May. REPORT.AZ/ Rusiya yönümlü fəallar Ağ Evin üzərinə 9 may paradı ilə bağlı filmin proyeksiyasını salıblar.
"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Amerikanın Federal Təhqiqat Bürosu insidenti araşdırmağa başlayıb. Kremlyönlü fəallar bildiriblər ki, baş verənlər, Amerika prezidentinə etiraz aksiyası olub.
Onlar bunu belə əsaslandırırlar ki, Barak Obama 9 may – nasizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvada keçirilən parada getmir, üstəlik başqa prezidentlərin də getməyinin qarşısını almağa çalışır.
Qeyd edək ki, ABŞ Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyi dövrdə Moskva paradında iştirakı yersiz sayır.
Ağ Ev üzərində parad kadrlarını əks etdirən video Youtube-a qoyulub və ona 1 milyon dəfədən çox baxılıb.