Rus milyarderləri bir həftədə 10 milyard dollar itiriblər

Rus milyarderləri bir həftədə 10 milyard dollar itiriblər Rusiyanın ən varlı 20 milyarderinin itkiləri ümumilikdə 64 milyard dollara çatıb
Digər ölkələr
20 Dekabr , 2014 02:38
Rus milyarderləri bir həftədə 10 milyard dollar itiriblər

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın ən zəngin 20 milyarderi həftənin əvvəlindən bəri ölkənin maliyyə bazarındakı böhran səbəbindən 10 milyard dollara yaxın vəsait itiriblər.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, bu barədə məlumat iri şəxsi varidatın dinamikasını qiymətləndirən Bloomberg Billionaires indeksinin hesabatında yer alıb.

2014-cü ilin əvvəlindən etibarən isə Rusiyanın ən varlı 20 milyarderinin itkiləri ümumilikdə 64 milyard dollara çatıb. Hazırda onlar 174 milyard dollarlıq aktivə nəzarət edirlər.

Bloomberg-in hesablamalarına görə, "НОВАТЭКа" kompaniyasının şərikləri Gennadı Timçenko və Leonid Mixelsonun aktivləri ilin əvvəlindən müvafiq olaraq 7,8 milyard və 8,7 milyard dollar qiymətdən düşüb. USM Holdinqın banisi Alişir Usmanovun varidatı isə 6,8 milyard dollar azalıb.

Novolipetsk metallurgiya kombinatının sahibi Vladimir Lisin 7,5 milyard, SMP bankının şəriki Arkadi Rotenberq 2,3 milyard, "Ренова" kompaniyalar qrupunun şəriki Viktor Vekselberq 1,2 milyard dollar “kasıblayıb”.

АФК "Система" kompaniyasının şəriki Vladimir Yevtuşenkov isə Başqırdıstan yanacaq enerji kompleksinin qeyri-qanuni özəlləşdirilməsi ilə bağlı aparılan təhqiqat fonunda var-dövlətinin 90 faizini - 9 milyard dollar itirib.

Rusiya milyarderlərinin ilk iyirmiliyində yer alan yalnız bir nəfər - UC Rusal konserninin şəriki Oleq Deripaska varidatını artırmağa nail olub. İxraca yönəlmiş alüminium konserninin aksiyaları il ərzində 100 faiz bahalaşıb .

Bloomberg Billionaires indeksi dünya üzrə sahibkarların şəxsi varidatını, onlara məxsus aktivləri makroiqtisadi konyunktura və bazar məzənnəsinə görə qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi