Rumıniyadakı prezident seçkilərində ölkənin baş naziri Viktor Ponta liderlik edir

Rumıniyadakı prezident seçkilərində ölkənin baş naziri Viktor Ponta liderlik edir Mərkəzi Seçki Bürosunun məlumatlarına əsasən, 56,21% bülletenlərin hesablanması nəticəsində Pontanın lehinə 39,57% insan səs verib
Digər ölkələr
3 Noyabr , 2014 11:14
Rumıniyadakı prezident seçkilərində ölkənin baş naziri Viktor Ponta liderlik edir

Bakı. 3 noyabr. REPORT.AZ/ Rumıniyanın baş naziri, Sosial-demoktat Partiyasının lideri Viktor Ponta bazar günü keçirilən prezident seçkilərində səsvermənin nəticələrinə görə liderlik edir. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, Rumıniyanın Mərkəzi Seçki Bürosunun məlumatlarına əsasən, 18847 dairədən 10594 (56,21%) bülletenlərin hesablanması nəticəsində Ponta Sibiku şəhərinin meri Klaus Yoxannisi 9% səs çoxluğu ilə qabaqlayıb. O, seçicilərin səsinin 39,57%-ni, əsas rəqibin isə 30,19%-ni qazanıb. 

İlk turda nə V.Pontanın, nə də K.Yoxannisin tələb olunan 50% səsi toplamaması ilə əlaqədar noyabr ayının 16-da Rumıniyada seçkilərin 2-ci turu keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi