​Rumıniyada yerli özünüidarəetmə orqanlarına seçkilər başa çatıb

​Rumıniyada yerli özünüidarəetmə orqanlarına seçkilər başa çatıb Seçkilərdə 9 milyona yaxın insan iştirak edib
Digər ölkələr
6 İyun , 2016 01:00
​Rumıniyada yerli özünüidarəetmə orqanlarına seçkilər başa çatıb

Buxarest. 6 iyun. REPORT.AZ/ Rumıniyada yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər başa çatıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, iyunun 5-i Bakı vaxtilə axşam saat 22:00-da seçki məntəqələri bağlanıb.

Rumıniya Mərkəzi Seçki Bürosunun məlumatına görə, seçki fəallığı 48,27% təşkil edib. Bu isə o deməkdir ki, 18 milyon seçicidən təqribən 8,8 milyonu səsvermə hüququndan istifadə edib. Rayonlar arasında seçici fəallığı üzrə Ciurcu şəhəri 63,24%-lə 1-ci, paytaxt Buxarest isə siyahıda 33,30%-lə sonuncu yerdə qərarlaşıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, seçki günü 18 yaşı tamam olan 679, eləcə də barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən 72 seçiciyə də səsvermək imkanı yaradılıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi və təhlükəsizliyin təmin edilməsinə 65 mindən çox polis cəlb olunub. Məntəqələrin təhlükəsizliyini isə 23 mindən çox polis və təhlükəsizlik qüvvələri qoruyub. Seçki prosesi insidentsiz başa çatıb.

Axşam saatlarında Rumıniya prezidenti Klaus Yohannisdə seçki məntəqəsinə gəlib. “Müasir və Avropa şəhəri Buxarestə səs verdim” - deyə dövlət başçısı səsvermədən sonra jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb.

Artıq Exit-Poll keçirən şirkətlər də seçkilərin ilkin nəticələrini elan ediblər.

Partiyalar arasına paytaxt Buxarestin 6 bələdiyyə sədri uğurunda gedən mübarizədə “PSD+UNPR” (Sosial-Demokrat Partiyası+Rumıniyanın İnkişafı Milli Birliyi) alyansının namizədləri 5 bələdiyyə sədri yerini qazanaraq bütün rəqiblərini qabaqlayıb. “Sosial-Demokrat Partiyası”nın (PSD) namizədi xanım Gabriela Firea səslərin 42,1%-ni qazanaraq Buxarest meri seçilib. Xanım mer ilk açıqlamasını da edib. “Buxarestlilər bir insana və bir proqrama səs veriblər, əleyhinə yox”.

Rumıniyanın sabiq baş naziri, hazırda Kluj şəhərinin meri olan Emil Bok da 69,1% səs qazanaraq yenidən şəhər meri seçilib.

Son xəbərlər

Orphus sistemi