Rumıniyada kütləvi etirazlar davam edir

Rumıniyada kütləvi etirazlar davam edir Nümayişçilər növbədərkənar seçkilərin və siyasi islahatların keçirilməsini tələb ediкlər
Digər ölkələr
6 Noyabr , 2015 04:50
Rumıniyada kütləvi etirazlar davam edir

Bakı. 6noyabr. REPORT.AZ/ Rumıniya paytaxtı Buxarestdə minlərlə insan korrupsiya əleyhinə marşda iştirak edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, kütləvi etirazlar cümə günü gecə klubunda baş verən yanğından sonra başlayıb. Yanğında 30-dan çox adam həlak olub.

Nümayişçilər növbədərkənar seçkilərin və siyasi islahatların keçirilməsini tələb ediblər.

Kütləvi etirazlar başlayandan sonra baş nazir Viktor Ponta istefa verdiyini elan edib.

Son xəbərlər

Orphus sistemi