Bakı. 8 noyabr. REPORT.AZ/ Oktyabrın 31-də Rumıniyanın paytaxtı Buxarestin “Clubul Colectiv” klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, 7 nəfər paytaxt xəstəxanalarında, daha iki nəfər isə müalicə üçün yollandığı Niderlandda ölüb.
Hazırda xəstəxanalarda 105 zərərçəkən var. Onlardan 46-sının vəziyyəti ağırdır.
Gecə klubunda yanğına səbəb kimi pirotexnikadan istifadə göstərilir.