Rumıniyada güclü qasırğa nəticəsində 2 nəfər həyatını itirib

Rumıniyada güclü qasırğa nəticəsində 2 nəfər həyatını itirib İntensiv yağışlar daşqınlara səbəb olub
Digər ölkələr
21 İyun , 2016 01:59
Rumıniyada güclü qasırğa nəticəsində 2 nəfər həyatını itirib

Buxarest. 21 iyun. REPORT.AZ/ Rumıniyada leysan yağışlar və qeyri-əlverişli hava şəraiti bir sıra fəsadlar törədib. "Report"un Şərqi Avropa bürosu xəbər verir ki, güclü şimşək və qasırğa 1-i azyaşlı uşaq olmaqla 2 nəfərin həyatına son qoyub.

İntensiv yağışlar ölkənin bir sıra rayonlarında daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində Bihor, Timiş, Suceava, Arad, Satu Mare, Hunedoara, Mureş və Braila rayonlarına ciddi ziyan dəyib. Ümumilikdə təhlükəli zonadan 200-dən çox adam təxliyyə olunub.

Leysan yağışları nəticəsində 9 rayonda çayların səviyyəsi məcrasından çıxaraq fərdi yaşayış və əkin sahələri, avtomobillərə ciddi ziyan vurub. Bəzi rayonlarda elektrik enerjisinin təchizatında problemlər yaranıb. Güclü külək evlərin damlarını uçurub. 

Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına görə təbii fəlakətin aradan qaldırılmasına 1100 yanğınsöndürən, 700 polis və 100 jandarm əməkdaşı olmaqla təqribən 2000 nəfər cəlb olunub. Meteoroloqlar bu cür hava şəraiti iyunun 21-i axşamadək davam edəcəyini bildirirlər.

Son xəbərlər

Orphus sistemi