​Rumıniyada iki zəlzələ baş verib

​Rumıniyada iki zəlzələ baş verib Yeraltı təkanlar Moldovada da hiss olunub
Digər ölkələr
3 Yanvar , 2015 18:54
​Rumıniyada iki zəlzələ baş verib
Bakı. 3 yanvar. REPORT.AZ/ Bu gün Rumıniyada eyni anda 4,2 və 3,9 bal gücündə iki zəlzələ baş verib.

"Report" xəbər verir ki, Rumıniyanın Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri Karpat dağları ərazisində yerləşən Vranç regionunda 70 km dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar Fokşan, Kovasna, Mapaşeşt, Tıpqu Sekuesk və Adjud şəhərlərində, həmçinin qonşu Moldovada hiss olunub.

İtki və dağıntılar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi