​Rumıniya prezidenti: “Giurgiu-Ruse” qaz interkonnektoru bu ilin sonunda istifadəyə veriləcək" - FOTO

​Rumıniya prezidenti: “Giurgiu-Ruse” qaz interkonnektoru bu ilin sonunda istifadəyə veriləcək" - FOTO ​Yeni qaz xətti regionun enerji təhlükəsizliyini artıracaq
Digər ölkələr
16 İyun , 2016 02:21
​Rumıniya prezidenti: “Giurgiu-Ruse” qaz interkonnektoru bu ilin sonunda istifadəyə veriləcək - FOTO

Buxarest. 16 iyun. REPORT.AZ/ Bolqarıstan və Rumıniyanın birləşdirəcək “Giurgiu-Ruse” qaz interkonnektorunun tikintisi cari ilin payızında yekunlaşacaq. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu sözləri Rumıniya prezidenti Klaus İohannis Bolqarıstana rəsmi səfəri zamanı “Bolqarıstan-Rumıniya iqtisadi forum”unda çıxış edərkən bildirib.

Rumıniya prezident deyib ki, yeni qaz xətti regionun enerji təhlükəsizliyini artıracaq. “Dunay çayı üzərindən kəmərin nəqli iqtisadiyyatımız üçün inkişaf mənbəyidir. Bizim qaz şəbəkələrimiz - Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRUA) qaz kəməri layihəsi, eləcə də onun bir hissəsi kimi Girurgiu-Ruse qaz interkonnektoru istifadəyə verildikdən Rumıniyanın, Bolqarıstanın, habelə regionun enerji təhlükəsizliyini artıracaq, bizim dövlətlərin Avropanın enerji bazarında önəmini daha da yüksəldəcək.”- deyə prezident vurğulayıb. 

Səfər çərçivəsində K.İohannis qaz kəmərinin tikintisilə yaxından tanış olmaq məqsədilə sözügedən əraziyə baş çəkəcək.

Qeyd edək ki, 4,1 km hissəsi Dunay çayının dibi ilə çəkiləcək qaz kəmərinin ümumi uzunluğu 25 km-dir. Onun 15,4 km-i hissəsi Bolqarıstan, 5,2 km hissəsi isə Rumıniya ərazisini əhatə edir. Qaz kəmərinin Bolqarıstandan Rumıniyaya illik ötürücü gücü 1,5 mlyd, əks istiqamətə isə 500 mln kubmetrdir. Layihənin ümumi dəyəri 24 mln avro təşkil edir. 

Avropa Komissiyası isə layihəyə 8,9 mln avro ayırıb. Bolqarıstan tikintiyə 14 mln, Rumıniya tərəfi isə 10 mln avro xərcləyəcək. Layihənin tikintisi Bulgartransgaz və Transgaz tərəfindən birgə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi