​Rumıniya məhkəməsi Rusiyanın "Lukoil" şirkətinin aktivlərinə həbs qoyub

​Rumıniya məhkəməsi Rusiyanın "Lukoil" şirkətinin aktivlərinə həbs qoyub Şirkətin üzərinə həbs qoyulan əmlakının ümumi dəyəri iki milyard avrodur
Digər ölkələr
9 İyul , 2015 11:52
​Rumıniya məhkəməsi Rusiyanın Lukoil şirkətinin aktivlərinə həbs qoyub

Bakı. 9 iyul. REPORT.AZ/ Rumıniya məhkəməsi prokurorluğun vəsatəti əsasında Rusiyanın "Lukoil" neft-qaz şirkətinin bu ölkədəki aktivlərinə həbs qoyulması haqda qərar qəbul edib. 

"Report" "BBC"-yə istinadən xəbər verir ki, bu haqda məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Şirkətin üzərinə həbs qoyulan əmlakının ümumi dəyəri iki milyard avrodur.

Məlumatda bildirilib ki, bu qərar "Petrotel Lukoil S.A" şirkətində çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı açılan cinayət işinin istintaqına yardım edilməsi üçün qəbul olunub. 

Hələ ötən ilin oktyabrında Rumınya polisi "Petrotel Lukoil S.A" şirkətinin zavodunda və ofisində axtarış aparıb. İndi isə prokurorluq yeni şübhəli halların ortaya çıxdığını bəyan edib. Şübhəlilər arasında "Petrotel Lukoil S.A" şirkətinin başçısı və daha 5 əməkdaşı da var.

İstintaq başlayanda şübəlilərin vurduğu ziyanın 200 milyon avro olduğu bildirilirdisə, prokurorluq bu rəqəmin milyardları ötəcəyini ehtimal edir.

Məlumata görə, "Lukoil" şirkəti hələlik məsələyə münasibət bildirməyib. 

Son xəbərlər

Orphus sistemi