Ruandanın sonuncu kralı sürgündə vəfat edib

Ruandanın sonuncu kralı sürgündə vəfat edib V Kiqeli son illər ABŞ-ın Virciniya ştatında müavinət hesabına yaşayıb
Digər ölkələr
17 Oktyabr , 2016 10:04
Ruandanın sonuncu kralı sürgündə vəfat edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Ruandanın sonuncu kralı V Kiqeli 81 yaşında ABŞ-da vəfat edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, son illər ABŞ-ın Virciniya ştatında müavinət hesabına yaşayıb.

Qeyd edək ki, əsl adı Jan-Batist Ndaxindurva olan sabiq kral 1959-cu ildə qardaşı öləndən sonra taxt-taca yiyələnib. 1960-cı ildə hakimiyyəti devrilib və ölkədən qaçıb. Bir il sonra Ruandada monarxiya ləğv edilib və ölkə respublika elan olunub.

Sürgündə yaşayan kral V Kiqelinin hakimiyyətə qayıtmaq cəhdi uğursuzluğa uğrayıb. O, 20 il ərzində Afrikanın müxtəlif ölkələrində yaşayıb. Nəhayət, ABŞ-da məskunlaşıb. Keçmiş monarx Ruanda qaçqınlarına yardım məqsədi ilə V Kiqeli Xeyriyyə Fondu yaratmışdı. O, ölkəsindən sürgün edildikdən sonra heç vaxt Ruandaya qayıtmaq istədiyini deməyib və vətənində törədilən soyqırımı da heç vaxt dilinə gətirməyib.

Son xəbərlər

Orphus sistemi