​Ruanda soyqırımı təşkilatçılarından biri ömürlük azadlıqdan məhrum edilib

​Ruanda soyqırımı təşkilatçılarından biri ömürlük azadlıqdan məhrum edilib Leon Muqeserin çıxışından sonra 1 milyona yaxın adam öldürülüb
Digər ölkələr
16 Aprel , 2016 01:56
​Ruanda soyqırımı təşkilatçılarından biri ömürlük azadlıqdan məhrum edilib

Bakı. 16 aprel. REPORT.AZ/ Ötənlərin məşhur ruandalı siyasətçisi Leon Muqesera tutsi xalqına qarşı soyqırımına təhrikçiliyə görə ömürlük həbs cəzasına məhkum edilib.

"Report" xəbər verir ki, bu barədə cümə günü BBC məlumat yayıb.

Muqesera 1992-ci ilin noyabrında Ruandanın xutu xalqının "Demokratiya və inkişaf naminə milli respublika hərəkatı" partiyasının fəalı olaraq radioda çıxış edib və tutsi milli azlıqlarının nümayəndələrini nəzərdə tutaraq "tarakanları məhv etməy"ə çağırıb. Bundan yarım il sonra 100 gün ərzində Ruandada 800 mindən 1 milyona yaxın insan qətlə yetirilib. Qırğın qurbanları əksərən tutsilər və onlara kömək etmək istəyən mötədil xutular, həmçinin əcnəbilər olublar. 1994-cü ilin noyabrında Tanzaniyada Ruanda üzrə Beynəlxalq Tribunal fəaliyyətə başlayıb. Muqesera Kanadaya qaçıb və sığınacaq əldə edib. Onun deportasiya prosesi 1995-ci ildə başlayıb və 17 il çəkib. 2012-ci ildə Ruandada ölüm hökmü ləğv edildikdən sonra Kanada hakimiyyəti onu ölkədən deportasiya edib.

Leon Muqesera ona qarşı çıxarılan hökmlə bağlı appelyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi