Romada 28 nəfər saxlanılıb

Romada 28 nəfər saxlanılıb Mafiya ilə əlaqədə ittiham olunanlar arasında paytaxtın keçmiş meri və administrasiyasının üzvləri də var
Digər ölkələr
2 Dekabr , 2014 16:38
Romada 28 nəfər saxlanılıb
Bakı. 2 dekabr. REPORT.AZ/ Romada mafiya ilə əlaqədə ittiham olunan 28 nəfər saxlanılıb. "Report" İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, bir sıra məmurlar paytaxtın və onun Latsio vilayətinin cinayət aləminin nümayəndələri ilə əlaqədə və korrupsiyada şübhəli sayılırlar.  

İstintaq çərçivəsində paytaxt və regional administrasiya ofislərində axtarışlar aparılıb. Polis 200 mln. avro dəyərində əmlak və dəyərli əşyalar müsadirə edib. 

İstintaqın fiqurantları arasında Romanın keçmiş meri Canni Alemanno və onun administrasiyasının üzvləri də var. 

Müstəntiqlər şəhər administrasiyası üçün işlərin aparılmasına dair bir sıra müsabiqələrin keçirilmə şəraitini, eləcə də dövlət layihələrinin maliyyələşdirilməsi detallarını aydınlaşdırırlar.  

Son xəbərlər

Orphus sistemi