Roma Papası Vatikanda Mahmud Abbasla görüşüb

Roma Papası Vatikanda Mahmud Abbasla görüşüb Roma Papası Mahmud Abbası “sülh mələyi” adlandırıb
Digər ölkələr
16 May , 2015 23:25
Roma Papası Vatikanda Mahmud Abbasla görüşüb

Bakı. 16 May. REPORT.AZ/ Roma Papası Fransisk bu gün Fələstin prezidenti Mahmud Abbasla görüşüb. "Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, Vatikanda 20 dəqiqə sürən görüş zamanı Roma Papası Mahmud Abbası “sülh mələyi” adlandırıb.

Tərəflər Vatikan və Fələstin dövləti arasında Fələstində katolik kilsəsinin fəaliyyəti də daxil olmaqla müxtəlif sahələri əhatə edən sazişin mətni ilə əlaqədar razılığa gəldiklərini bildirib.

Roma Papası və Fələstin prezidenti Yaxın Şərqdə ədalətli və davamlı sülhə nail olmaq üçün İsraillə sülh prosesi və İsrail və Fələstin arasında birbaşa danışıqların bərpa edilməsinin mümkünlüyü məsələsini də müzakirə edib.

Sazişlə bağlı xəbərlər İsrail tərəfindən qəzəblə qarşılanıb. İsrailin verdiyi bəyanatda bu kimi inkişafların sülh prosesinə xidmət etmədiyi və Fələstin rəhbərliyini birbaşa danışıqlara müzakirələrə qayıtmasını çətinləşdirdiyi qeyd edilib.

Roma Papası və Mahmud Abbas eyni zamanda Yaxın Şərq regionunda münaqişələrə diqqət yetirərək, terrorizmə qarşı mübarizənin və dinlərarası dialoqa ehtiyacın əhəmiyyəti bir daha vurğulayıb.

Son xəbərlər

Orphus sistemi