Roma Papası Avropanı tənqid etdi

Roma Papası Avropanı tənqid etdi Avropa İttifaqının əsas problemi insan tənhalığının müxtəlif formalarıdır
Digər ölkələr
25 Noyabr , 2014 21:59
Roma Papası Avropanı tənqid etdi

Bakı. 25 noyabr. REPORT.AZ/ Roma Papası Fransisk Avropa Parlamentində çıxış edəndə Avropa cəmiyyətinin vəziyyətini tənqid edib.

"Report" "İnterfaks"a istinadən verdiyi məlumata görə, o bildirib ki, Avropa qoca və əldən düşmüş təəssüratı yaradır və getdikcə əsas hərəkətedici simasını itirir.

Roma Papasının fikrincə, Avropa İttifaqının əsas problemi insan tənhalığının müxtəlif formalarıdır.

O, bəyan edib ki, Avropanın əsas vəzifəsi demokratiyanı saxlamaqdır və bu məqsədlə qloballaşma prosesinə təsadüf edən bir sıra tendensiyalardan uzaq durmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi