​Roma meri israfçılıq qalmaqalına görə istefa verib

​Roma meri israfçılıq qalmaqalına görə istefa verib Marino bu qərarı yalnız şəhərin maraqları naminə qəbul edib
Digər ölkələr
9 Oktyabr , 2015 01:16
​Roma meri israfçılıq qalmaqalına görə istefa verib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Roma meri İqnasio Marino israfçılıq ilə bağlı qalmaqal səbəbindən öz vəzifəsindən istefa verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, qalmaqal sabiq mer öz xərclərini şəxsi kredit kartı əvəzinə bələdiyyəninki ilə ört-basdır etməsi ilə əlaqəli olub.

O, kartdan çıxardığı 20 min avronun hamısını ödəməyə razı olsa da, sonda istefa haqqında qərar qəbul edib. Çünki cəmiyyətdə Marinoya qarşı münasibət mənfi idi.

"Mən istefa verirəm", - deyə müraciətdə bildirilir. Burada Marinonun adından qeyd olunur ki, o bu qərarı yalnız şəhərin maraqları naminə qəbul edib.

Son xəbərlər

Orphus sistemi