Roma: Liviyada beynəlxalq hərbi əməliyyatın keçirilməsi hazırda müzakirə edilmir

Roma: Liviyada beynəlxalq hərbi əməliyyatın keçirilməsi hazırda müzakirə edilmir "Liviya ilə bağlı hazırlanan istənilən plan düşünülmüş strategiyaya əsaslanmalıdır"
Digər ölkələr
1 Dekabr , 2015 21:33
Roma: Liviyada beynəlxalq hərbi əməliyyatın keçirilməsi hazırda müzakirə edilmir

Bakı. 1 dekabr. REPORT.AZ/ Liviyada beynəlxalq hərbi əməliyyatın keçirilməsi məsələsi hələlik müzakirə predmeti deyil. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İtaliyanın Baş naziri Matteo Rentsi bildirib.

Onun sözlərinə görə, Liviya ilə bağlı hazırlanan istənilən plan düşünülmüş strategiyaya əsaslanmalıdır.

"Rəsmi Roma hərbi əməliyyatlara qarşı deyil. Lakin biz səhvləri təkrar etməməliyik. Çünkü məhz bu səhvlərin acı bəhrəsini görürük", - deyə Matteo Rentsi qeyd edib.

Son xəbərlər

Orphus sistemi