Roma: Avropada qanunsuz miqrant probleminin həlli birbaşa Liviya böhranına bağlıdır

Roma: Avropada qanunsuz miqrant probleminin həlli birbaşa Liviya böhranına bağlıdır Son bir həftə ərzində Aralıq dənizində batan miqrantların sayı 440-ı ötüb
Digər ölkələr
18 Aprel , 2015 01:50
Roma: Avropada qanunsuz miqrant probleminin həlli birbaşa Liviya böhranına bağlıdır

Bakı. 18 aprel. REPORT.AZ/ İtaliyanın baş naziri Matteo Rentsi bəyan edib ki, bir sıra Avropa dövlətinin ciddi narahatlığına səbəb olan Aralıq dənizi üzərindən gələn qanunsuz Afrikalı miqrantlar probleminin həlli birbaşa Liviya böhranı ilə əlaqəlidir.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, M. Rentsinin bildirib ki, Liviyada vəziyyət normallaşandan sonra Avropada miqrantların sayı da azalacaq.

Qeyd edək ki, sadəcə son bir həftə ərzində Aralıq dənizində batan insanların sayı 440-ı ötüb.

BMT-nin statistikasına əsasən isə, 2014-cü il əzrində Aralıq dənizində boğularaq dünyasını dəyişən Afrikalı miqrantların sayı 3.5 min təşkil edib. Daha 200 min insan isə xilas edilib.

Son xəbərlər

Orphus sistemi