Bakı. 18 fevral. REPORT.AZ/ Riqada Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin qeyri-formal ikigünlük toplantısı öz işinə başlayıb.
"Report"un "tvnet.lv" saytına istinadən verdiyi məlumata görə, məqsəd iyunda müdafiə məsələlərinə dair keçirilməsi planlaşdırılan müzakirələrə hazırlıqdır.
Toplantıda Aİ-yə üzv 28 dövlətin müdafiə naziri, qurumun xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, NATO-nun baş katibi Yens Stoltenberq və digər şəxslər iştirak edir.