RF hökuməti: 2015-ci ildə Rusiya 126 min miqrant qəbul edəcək

RF hökuməti: 2015-ci ildə Rusiya 126 min miqrant qəbul edəcək Rusiya hökuməti miqrantlara ölkədə müvəqqəti yaşamaq üçün kvota təyin edib
Digər ölkələr
20 Noyabr , 2014 12:29
RF hökuməti: 2015-ci ildə Rusiya 126 min miqrant qəbul edəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiya hökuməti 2015-ci ildə miqrantların ölkədə müvəqqəti yaşaması üçün 126 min nəfərlik kvota təyin edib. "Report" xəbər verir ki, müvafiq sənəd Rusiya Nazirlər Kabinetinin saytında dərc olunub. 

126 055 nəfərlik kvota Rusiyada müvəqqəti yaşamaq üçün xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə icazənin verilməsini əhatə edir.

Ən çox icazə Mərkəzi Federal Dairəyə verilib - 38,1 min. Privoljski 23,7 min və Sibir Dairəsi 20 min nəfərlik icazə alıb. 

Kvotanın həcmi regional icra hakimiyyəti orqanlarından daxil olan təkliflər əsasında müəyyənləşdirilib. Həmin təkliflər miqrasiya və iqtisadi vəziyyətin nəzərə alınması ilə hazırlanıb.

Ötən il Nazirlər Kabineti 2014-cü il üçün 95,8 min icazə həcmində kvota təsdiq edib.

Son xəbərlər

Orphus sistemi