Bakı. 16 mart. REPORT.AZ/ İslandiya hökümətinin Avropa Birliyinə üzvlük müraciətindən imtina etməsi bu ölkədə etirazla qarşılanıb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün paytaxt Reykyavikdə toplaşan 7 minə yaxın insan İslandiya rəsmilərinin AB üzvlüyü ilə bağlı mövqeyini qınayıb.
Bununla belə rəy sorğuları göstərir ki, İslandiyalıların əksəriyyəti AB-yə üzvlük məsələsində hökümətin siyasətini dəstəkləyir.
Qeyd edək ki, İslandiyanın Avropa İttifaqına daxil olmaqdan 2015-ci ilin əvvəlində imtina edəcəyi əvvəlcədən bildirilmişdi.