Raul Kastro Roma papası ilə görüşəcək

Raul Kastro Roma papası ilə görüşəcək Roma papası I Fransisk bu ilin sentyabr ayında Kubaya səfər edəcək
Digər ölkələr
6 May , 2015 11:12
Raul Kastro Roma papası ilə görüşəcək

Bakı. 6 may. REPORT.AZ/ Mayın 10-da Kuba lideri Raul Kastro Vatikanda Roma papası I Fransisk ilə qeyri-rəsmi görüş keçirəcək. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Aprel ayında məlum olub ki, Roma papası I Fransisk bu ilin sentyabr ayında Kubaya səfər edəcək. Pontifikin "geniş səfər" proqramının daha sonra açıqlanacağı haqqında məlumat verilib. 

Həmçinin nəzərdə tutulub ki, I Fransisk sentyabrın 22-27-də ABŞ səfəri zamanı Vaşinqton, Nyu-York və Filadelfiyada olacaq. Roma Katolik kilsə rəhbərinin sentyabrın 22-də axşam Vaşinqtona gələcəyi, ertəsi gün isə Ağ evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcəyi gözlənilir. 

2012-ci ildə Kubaya Roma papası XVI Benedikt, 1998-ci ildə isə - papa II İoann Pavel səfər edib. 

Son xəbərlər

Orphus sistemi